Azərbaycanın İLKLƏRİ | 10 Maddədə tarixi ilklərimiz

 MÜNDƏRİCAT:

  1. Səməd Vurğun —Azərbaycanın ilk xalq şairi
  2. Məhərrəm Mirəziz oğlu Seyidov — Azərbaycanın Milli Qəhrəmanı.
  3. Nazim Hüseynov — Azərbaycanın ilk Olimpiya çempionu
  4. Salatın Əsgərova — Azərbaycanın ilk şəhid qadın jurnalisti
  5. Ağabacı İsmayıl qızı Rzayeva — Azərbaycanın ilk qadın bəstəkarı
  6. Eksperiment OK — Azərbaycanın ilk peşəkar rok qrupu.
  7. Şövkət Həsən qızı Məmmədova — Azərbaycanın ilk peşəkar qadın müğənnisi
  8. Mircavad Seyidhəsən oğlu Axundzadə — Azərbaycanın ilk peşəkar fotoqrafı.
  9. Azerspace-1 — Azərbaycanın ilk rabitə peyki
  10. Ağalı— Azərbaycanın ilk ağıllı kəndi.

1) Səməd Vurğun —Azərbaycanın ilk xalq şairi
Səməd Vurğun —Azərbaycanın ilk xalq şairi
21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsindən anadan olmuşdur.
«Azərbaycan» şeiri ilə daha da tanınan Səməd Vurğun, 2 dəfə «Stalin» mükafatı laureatı (1941, 1942) və 2 dəfə «Lenin» ordeni laureatı layiq görülmüşdür. Şair, həmçinin Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) olmuşdur.

2) Məhərrəm Mirəziz oğlu Seyidov — Azərbaycanın ilk Milli Qəhrəmanı.

Məhərrəm Mirəziz oğlu Seyidov — Azərbaycanın Milli Qəhrəmanı.
BAX: 8 Noyabr Zəfər Günü Haqqında Məlumat


1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı.
19 yanvar polis kapitanı Azər mühasirəyə düşür və Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, O, vuruşaraq polis kapitanının yanına çata bildi, amma özü mühasirəyə düşdü. Son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına həlak oldu.
Ölkə Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür
Onu da qeyd edək ki, Şərur şəhərində qəhrəmanımızın adına küçə var. Həmç inin Şərur şəhər 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.

3) Nazim Hüseynov (cüdoçu) — Azərbaycanın ilk Olimpiya çempionu
Nazim Hüseynov (cüdoçu) — Azərbaycanın ilk Olimpiya çempionu
1992 Barselona Olimpiadasının qızıl medalını qazanaraq tarixdə ilk Azərbaycanlı Olimpiya çempionu oldu. O, həm də 1992 və 1993-cü illərdə Avropa Çempionatının qalibi olmaqa yanaşı iki dəfə Dünya Çempionatının medalını qazanıb. Cüdoçumuz 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. O həmçinin əməkdar bədən tərbiyəsi və idman xadimidir.
Hal-hazırda Azərbaycan cüdosunun əfsanəsi sayılan Nazim Hüseynov gənc idmançılara öz töhfələrini verməkdədir və öz bilik və bacarıqlarını gənclərdən əsirgəmir.

4) Salatın Əsgərova — Azərbaycanın ilk şəhid qadın jurnalistiSalatın Əsgərova — Azərbaycanın ilk şəhid qadın jurnalisti1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmişdir.Salatın Əsgərova, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.
O, 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin imzaladığı fərman ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
5) Ağabacı İsmayıl qızı Rzayeva (15 dekabr 1912– 5 iyul 1975) — Azərbaycanın ilk qadın bəstəkarı
Ağabacı İsmayıl qızı Rzayeva — Azərbaycanın ilk qadın bəstəkarı
Ağabacı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda anadan olmuşdur.
O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır.[2]
Ağabacı Rzayevanın ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış «Vətənpərvərlik Marşı»dır .O, həmçinin bir sıra mahnı və romansların, «Mübahisə etmə» musiqili komediyasının (1965, İ.Quliyevlə birlikdə), xalq çalğı alətləri orkestrinin simli kvarteti üçün pyeslərin müəllifidir. Bundan əlavə, Rzayeva dahi şair Nəsiminin sözlərinə yeddi romans bəstələmişdir.
5 iyul 1975-ci ildə Bakıda vəfat edən bəstəkar 2-ci fəxri xiyabanda dəfn olunmuşdur.

 


6) Eksperiment OK — Azərbaycanın ilk peşəkar rok qrupu.
Eksperiment OK — Azərbaycanın ilk peşəkar rok qrupu.
1967-ci ildə Azər Kərimov, Mark Vaynbrand, Mahmud Kərimov, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Sonradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, «Eksperiment OK» qrupu yaranır.
Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrand (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (orqan), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur.
 

7) Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi

Şövkət Məmmədova Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.
1921-ci ildən başlayaraq Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927–1930-cu illərdə tamamilə bitirdi.
Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır.
Onun ifa etdiyi Rozina («Sevilya bərbəri» C. Rossini), Lakme («Lakme» L. Delib), Cilda («Riqoletto» C. Verdi), Şahsənəm ("Şahsənəm" R. Qlier), Nərgiz («Nərgiz» M. Maqomayev), Gülçöhrə («Arşın mal alan» Ü. Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açmışdır.

9) Mircavad Seyidhəsən oğlu Axundzadə (1909 – 1996) — Azərbaycanın ilk peşəkar fotoqrafı.
Mircavad Seyidhəsən oğlu Axundzadə — Azərbaycanın ilk peşəkar fotoqrafı.
Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı fotoqraf kimi tarixə düşmüşdür. Məşhur fotoqrafın şəkilləri və neqativləri hal-hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə «Ağ-qara dünya» sənədli filmi də çəkilib.

9) Azerspace-1 — Azərbaycanın ilk rabitə peyki
Azerspace-1 — Azərbaycanın ilk rabitə peyki
Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır.
O əsən, teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub.

19) Ağalı— Azərbaycanın ilk ağıllı kəndi.
Ağalı— Azərbaycanın ilk ağıllı kəndi. Azərbaycanın İLKLƏRİ | 10 Maddədə tarixi ilklərimiz
Zəngilan rayonunun Ağalı kəndində yaradılan «Ağıllı kənd» də innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış bina, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçasından ibarətdir.
«Zəngilandakı „Ağıllı kənd“ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq.
Qeyd edək ki, ikinci belə “Ağıllı kənd” Füzulidə Dövlətyarlı kəndində yaradılır.

 

 

0 şərh